Kateqoriyalar
Sırala
ID 0151804

Azərbaycanda zeytun yığımı mövsümü

Zeytun dünyanın subtropik ölkələrində çox qədimdən becərilən qiymətli bitkidir. O, hələ eramızdan 2500 il əvvəl qədim misirlilər tərəfindən becərilmiş və meyvələrindən və onun yağından bir sıra xəstəliklərə qarşı, həmçinin yeyinti məhsulu, xoş dadlı və ətirli ədviyyat kimi istifadə edilmişdir. Azərbaycanın, xüsusilə də Abşeronun torpaq-iqlim şəraiti zeytunun becərilməsi üçün çox əlverişlidir. Bitkinin inkişafı və məhsuldarlığı üçün əsas ekoloji şərait istilik və işıqdır. Quraqlığa davamlılığı ilə fərqlənir. Şaxtaya isə nisbətən az davamlıdır. Zeytun bitkisi may-iyun aylarında çiçək açır. Sortundan asılı olaraq zeytunun meyvələri texniki yetişkənlik dövrünə (yaşıl zeytun) oktyabrda, botaniki yetişkənliyə (qara zeytun) isə noyabrda başlayır. Hava şəraitindən asılı olaraq isə meyvələrin yetişməsi yanvarın yarısınadək davam edir. Zeytunun meyvələri təzə halda çox acı olduğu üçün yeyilmir. Emal olunduqda bu acılıq itir. Qida məqsədilə bitkinin meyvəsindən həm zeytun yağı alınır, həm də konservləşdirilmiş halda istifadə olunur ki, bu məhsullar da əksər inkişaf etmiş ölkələrin iqtisadiyyatında əhəmiyyətli dərəcədə yer tutur. Hansı məqsəd üçün istifadə edilməsindən asılı olaraq, zeytunun meyvələri müxtəlif yetişkənlik dövründə yığılır. Belə ki, konserv hazırlamaq üçün meyvələr yaşıl rəng aldıqda, yağ almaq üçün isə tamamilə yetişdikdən sonra dərilir. Hazırda Azərbaycanda zeytun yığımı mövsümü davam edir və əlverişli iqlim şəraiti bu sahənin ölkədə inkişafı üçün geniş imkanlar yaradır.

Digər fotolar
arrow-up