Kateqoriyalar
Sırala
ID 0153280

“Həzi Aslanov” stansiyasının dalanında aparılan yenidənqurma işləri ilə tanışlıq

“Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasının dalanında aparılan yenidənqurma işləri çərçivəsində infrastruktur tamamilə yenilənib, qatarların hərəkətinin təşkili üçün əlavə texniki imkanlar yaradılıb. Ümumi uzunluğu 1 kilometrə yaxın olan dalanın tavanı istisna olmaqla, bütün infrastrukturu yenidən qurulub. Altı vaqonlu qatarların qəbulunu təmin etmək üçün hər yol 20 metr uzadılıb. İşlər çərçivəsində divarlar və yol infrastrukturu gücləndirilib, yeni dəmir-beton bloklu ballastsız yollar, altı yoldəyişdirici qurğu və müasir alüminium əsaslı təmas relsi quraşdırılıb. Həmçinin rabitə, elektrik təchizatı, yanğın mühafizəsi, videomüşahidə, su-kanalizasiya və havalandırma sistemləri yenilənib. Tavanın möhkəmləndirilməsi üçün isə Bakı Metropolitenində ilk dəfə karbon lifli materiallardan istifadə olunub. Yenidənqurma işləri başa çatdıqdan sonra “İçərişəhər” stansiyasından “Həzi Aslanov” stansiyasına birbaşa hərəkət mümkün olacaq və “Həzi Aslanov–Əhmədli” mənzilində məkik hərəkət ləğv ediləcək. Nəticədə Qırmızı xətdə qatarlararası interval pik saatlarda 2 dəqiqə, digər vaxtlarda isə 2 dəqiqə 30 saniyə təşkil edəcək. Layihə 2025–2030-cu illər üzrə Dövlət Proqramının icrasına dair tədbirlər planı əsasında həyata keçirilir.

Digər fotolar
arrow-up