Kateqoriyalar
Sırala
ID 0144893

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü

İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu günün əsası 1950-ci ildə BMT Baş Assambleyasının təşəbbüsü ilə keçirilən qadınların beynəlxalq konfransında qoyulub. Həmin konfransda 1 iyun tarixinin uşaqların müdafiəsinə həsr olunması qərara alınıb və bu gündən etibarən tarixə Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi daxil olub. Daha sonra BMT çərçivəsində uşaq hüquqlarına dair konvensiya qəbul edilib. Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşularaq uşaq hüquqlarının qorunmasını dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirib. Bu gün münasibətilə ölkə üzrə müxtəlif tədbirlər, layihələr və əyləncəli proqramlar təşkil olunur. Paytaxt Bakı şəhərində isə uşaqlar üçün xüsusi festivallar, konsert proqramları və əyləncəli fəaliyyətlər keçirilərək onların bu günü daha rəngarəng və yaddaqalan şəkildə qeyd etmələri təmin edilir.

Digər fotolar
arrow-up