Kateqoriyalar
Sırala
ID 0152958

Dövlət Turizm Agentliyinin Şəkiyə təşkil etdiyi mediatur

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə oktyabrın 20-21-də Şəki şəhərinə mediatur təşkil olunub. Səfərin məqsədi bölgənin turizm potensialını, tarixi-mədəni irsini, həyata keçirilən bərpa layihələrini və turistlər üçün yaradılan şəraiti ictimaiyyətə təqdim etmək olub. Mediatur çərçivəsində jurnalistlər “Kiş” Tarix-Memarlıq qoruğunda olublar. Kiş Alban məbədi ilə tanış olan jurnalistlər Kiş məbədinin tarixi və memarlıq əhəmiyyəti barədə məlumat alıblar. Qeyd edilib ki, 2026-cı ilin yanvar-sentyabr aylarında “Kiş” Tarix-Memarlıq Qoruğunu 40 278 turist bilet alaraq ziyarət edib. Onların 21 615-i yerli, 18 663-ü xarici turist olub. Bundan başqa, 9 066 nəfər məbədi ödənişsiz ziyarət edib.

Digər fotolar
arrow-up